AZ

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri seçilib

“Rosatom” şirkəti Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) tikintisi layihəsi üzrə beynəlxalq konsorsiumun lideri seçilib.

Bu barədə “Report”un Qazaxıstan bürosu Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Atom Enerjisi Agentliyi beynəlxalq ekspertlərin iştirakı ilə Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun liderinin müəyyən edilməsi üzrə işləri başa çatdırıb. “Rosatom” lider təyin edilib”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, hazırda “Rosatom”un təkliflərinə uyğun olaraq, Rusiya hesabına dövlət ixrac maliyyələşdirməsinin cəlb edilməsi məsələsi üzərində işə başlanılıb.

Potensial vendorların “şort-list”inə “Rosatom” (Rusiya), “China National Nuclear Corporation” (Çin), “Électricité de France” (Fransa) və “Korea Hydro & Nuclear Power” (Cənubi Koreya) daxil idi.

Siyahıdakı şirkətlər Qazaxıstanda AES-lərin tikintisi üzrə texniki və kommersiya təklifləri üzrə geniş materiallar paketini təqdim ediblər. Agentliyin “Qazaxıstan Atom Elektrik Stansiyaları” MMC ilə birgə hazırladığı metodologiya əsasında təqdim olunan reaktor texnologiyalarının və potensial təchizatçıların digər təkliflərinin, o cümlədən AES-in təhlükəsizliyi, texnoloji və maliyyə aspektləri, beynəlxalq təcrübə, kadr hazırlığı, yerliləşdirmə səviyyəsi üzrə inteqrasiyalı qiymətləndirilməsi aparılıb.

Nüvə sənayesinin inkişafı məsələləri üzrə qurumlararası komissiya sonda “Rosatom”un ən optimal və sərfəli təkliflər irəli sürdüyünü müəyyən edib. Çin şirkətinin təklifi ikinci sərfəli təkluf sayılıb.

Seçilən
8
report.az

1Mənbələr