İranın cavab hücumu nəticəsində İsraildə ölənlərin sayı 4 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Qeyd olunur ki, 70-dən çox insan yaralanıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) İranın Təl-Əvivə cavab raket zərbələri endirməsi nəticəsində böyük zərərin dəydiyini etiraf edib. Bu barədə şəhər dairə komandiri, adı açıqlanmayan polkovnik məlumat verib.