ain.az bildirir, Bizimyol portalına istinadən.
İsrailin müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığının komandiri ilə vəziyyəti dəyərləndirdikdən sonra sərt açıqlama verib.
Bizimyol.info xəbər verir ki, israilli nazirin sözlərinə görə, görüşün əsas qənaəti ondan ibarət olub ki, Daxili cəbhə komandanlığının və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək insanların həyatını xilas edir.
Katz qeyd edib ki, ayətullah rejimi İsrailin arxa cəbhəsini hədəf alaraq qırmızı xətləri keçib və bunun üçün ağır nəticələrə məruz qalacaq.
İranın İsrailə qarşı kütləvi raket hücumundan sonra bölgədə vəziyyət gərgin olaraq qalır. Səlahiyyətlilər vətəndaşları rəsmi göstərişlərə ələl etməyəvə sığınacaqlara yaxın olmağa çağırır.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.