AZ

Zelenski və Tramp münaqişə riskinə görə Haaqada görüşməyəcək

BAKI, 14 iyun. TELEQRAF

NATO-nun Haaqa sammitinin təşkilatçıları ABŞ Prezidenti Donald Trampın digər liderlərlə münaqişəsinin qarşısını almaq üçün protokolu diqqətlə planlaşdırırlar.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Britaniya nəşri yazır ki, Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında ictimai mübahisə riski səbəbindən qarşılıqlı təmas məhdudlaşdırılacaq. Yəni bu səbəbdən iki lider arasında görüş planlaşdırılmır.

Xatırladaq ki, NATOnun Haaqa (Niderland) sammiti iyunun 24-25-də keçiriləcək.

Seçilən
11
teleqraf.com

1Mənbələr