Təbii ki, bizi sıravi Azərbaycan vətəndaşı olaraq İranda yaşayan 40 milyona yaxın Azərbaycan türkünün taleyi və təhlükəsizliyi düşündürür. Əgər münaqişə alovlanarsa, qarşılıqlı hücumlar davam edərsə Cənubi Azərbaycandakı soydaşlarımızın həyatı təhlükədə olacaq. Bəzən müharibələrdə günahsız dinc insanlarda qurbana çevrilir. Digər tərəfdən bu qarşıdurmaların Orta Şərqi xaosa sürükləyib və yaxud sürükləməyəcəyini indidən demək çətindir. Hər halda mütəmadi olaraq dünyaya və Azərbaycana barmaq silkələyən İran generallarının öldürülməsi bu ölkənin hərbi infrastrukturunun, təhlükəsizlik sisteminin hansı vəziyyətdə olduğundan xəbər verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31