AZ

İsrail bölgəni nüvə fəlakətinə sürükləyir - Rusiya

İsrailin hərəkətləri səbəbindən Yaxın Şərq regionunda son dərəcə təhlükəli eskalasiyanın şahidi oluruq.

Axar.az xəbər verir ki, bu sözləri İranın tələbi ilə çağırılan BMT TŞ-nin təcili toplantısında çıxış edən Rusiyanın qurumdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“İsrailin İrana hücumu regionu genişmiqyaslı nüvə fəlakətinə doğru aparır. Biz insan tələfatına, o cümlədən mülki şəxslərin həlak olmasına görə İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı vermək istərdik”, - Rusiya diplomatı qeyd edib.

Qeyd edək ki, 13 iyundan İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələrə başlayıb. İran raket hücumları ilə bu zərbələrə cavab verir.

Seçilən
21
2
axar.az

3Mənbələr