"Azərbaycan dövləti daim gənclərin potensialına inanır, onların təhsil alması və inkişaf etməsi üçün əlverişli mühit yaradır. Əminən ki, siz bu imkanlardan yararlanaraq Vətənimizin inkişafına töhfə verəcək, onun adını daim uca tutacaqsınız".
Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Günay Ağamalının Məzun Günü münasibətilə gənclərə ünvanladığı təbrikdə əksini tapıb.
Millət vəkili qeyd edib:
"Əziz məzunlar!
Sizi həyatınızın mühüm və unudulmaz mərhələsi – Məzun Günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatınızın yeni mərhələsində hər birinizə nəaliyyətlər arzulayıram.
Bu gün siz yalnız bir təhsil pilləsini deyil, eyni zamanda zəhmət, əzmkarlıq və iradə ilə dolu illəri başa vurursunuz. Qarşınızda geniş imkanlar, yeni hədəflər və məsuliyyətlər dayanır. İnanıram ki, qazandığınız bilik və bacarıqlar, müəllimlərindən aldığınız tərbiyə və vətənpərvərlik ruhu, qazandığınız dostluqlar, öyrəndiyiniz həyat dərsləri sizi cəmiyyətimiz üçün dəyərli vətəndaş, dövlətimiz üçün faydalı kadr kimi formalaşdıracaqdır".
Günay Ağamalı, "Bir daha sizi bu əlamətdar gün münasibətilə təbrik edir, yeni mərhələdə hər birinizə uğur, cansağlığı və böyük nailiyyətlər diləyirəm. Yolunuz açıq və aydın olsun!",-deyə vurğulayıb.
Süleyman