Bakı.Trend:
Artıq yay turizm sezonu başlayıb. Xarici ölkələrdən ölkəmizəturistlər gəldiyi kimi, eyni formada yerli vətəndaşlarımız dasezonda xarici dövlətlərə üz tuturlar.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında turizm məsələləri üzrə ekspertCəfər Qarayev bildirib ki, yay mövsümü turizmdə ən aktualmövsümdür:
“Bu mövsümdə məktəblər və universitetlər tətilə çıxır, ailəvitətillər başlayır. Dövlət işində işləyənlərin də çoxuməzuniyyətlərini yay aylarında götürür. Onun üçün də həm ölkədaxilində istirahət edənlərin, həm də ölkə xaricinə çıxanların sayıçoxalır”.
Onun sözlərinə görə, iyun, iyul və avqust ayları turizmçilərüçün aktiv mövsüm hesab olunur:
“Bu aylarda tələblər, səfərlər çoxalır. Bunun üçün də turizmsahəsində çalışan hər kəs yay mövsümünü gözləyir. Onlar hazırlaşırvə bu sezonda gücləndirilmiş iş rejimində faəliyyət göstərir. Gedənvə gələn turistlərə xidmət etmək, onlara diqqət və qayğı göstərməkhər bir turizmçinin vəzifəsidir. Əlimizdən gələni edirik ki, yerlituristlərimizin xaricə səfərləri uğurla həyata keçsin, istirahətetsinlər, vətənə xoş təəssüratla qayıtsınlar. Eynilə xaricdənAzərbaycana gələn turistlərə də yüksək səviyyədə xidmət göstəririkki, öz ölkələrinə qayıdıb ətraflarındakılara ölkəmizi tövsiyəetsinlər”.
Ekspert qeyd edib ki, Azərbaycan vətəndaşları üçün ən çox üztutulan ölkə Türkiyədir:
“Türkiyənin sahil zonaları, dənizətrafı kurort zonalarıAzərbaycan vətəndaşları üçün diqqət çəkən ərazilərdir. Bundanbaşqa, bazarda yeni istiqamətlər də var. Monteneqro, Yunanıstan,Tayland kimi istiqamətlər də tur paketlər siyahısındaprioritetlərdəndir. Yay aylarında xüsusilə ərəb ölkələrinəgedilmir, çünki havalar çox istidir. Gedənlər olsa da, amma azolur. Havalar isti olduğu üçün daha çox dəniz, okean sahilləri,çimərlik turizmi olan ölkələrə üz tutulur”.
C.Qarayev sonda vurğulayıb ki, tur paketləri əvvəlcədən almaqdaha çox sərfəlidir:
“İngiliscə "early booking", dilimizdə isə erkən rezervasiyaadlanan proses var. Bu daha çox yay aylarında tətil edənlərüçündür. Onların yanvar-fevral aylarında paketləri alamaları dahaməsləhətlidir. Bu zaman təxminən 30%-ə yaxın endirim olunur.Hazırda isə o qədər də endirimlər yoxdur. Çünki artıq mövsümbaşlayıb. Hotellərin doluluq səviyyəsi artıb, tələb çoxdur. Busəbəbdən də hotellər və hava yolları çox vaxt endirim tətbiqetmirlər”.
Turizm eksperti Fariz Hacıyev isə Trend-ə bildirib ki, azərbaycanlıların yaytətilində xaricə üz tutan hissəsi təqribən 50%-dir:
“Vətəndaşların hansı ölkələrə səyahətə maraq göstərməsi mövsüməgörə dəyişir. Sezona görə Misir, Antalya və Monteneqro maraqgöstərilən istiqamətlərdəndir. Burada vətəndaşların büdcələri dərol oynayan amillər arasındadır”.
Ekspert qeyd edib ki, tur paketləri əvvəlcədən əldə etməkvətəndaşlar üçün daha sərfəli başa gəlir:
“5 ay əvvəl alınan tur paketlə bu gün alınan arasında təbii ki,fərq olur. Bu fərq bəzən hətta 50-100%-ə qədər ola bilir. Budəyişikliklər təbii ki, məsafə, tur paketə daxil olan xidmətlər vəistiqamətdən asılı olaraq dəyişə bilir”.