Bakı, 14 iyun, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Rumıniya yığması ilə qarşılaşacaq.
Xorvatiyada keçiriləcək matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Komanda daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya 1:3 hesabı ilə məğlub olub.