AZ

Ukrayna ordusu Samarada strateji obyekti vurdu

BAKI, 14 iyun. TELEQRAF

Rusiyanın Samara vilayətində ölkənin hərbi-sənaye kompleksi üçün strateji əhəmiyyət kəsb edən “Novokuybışev” katalizator zavoduna hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Kovalenko məlumat verib.

Onun sözlərinə görə, müəssisə Rusiyanın neftayırma zavodlarını katalizatorlarla təmin edir:

“Onlar olmadan onun neft emalı zavodları işləyə bilməz. Bunlar aviasiya, zirehli texnikalar üçün dizel və raket yanacaqlarının hazırlanması üçün mühüm əhəmiyyətə malikdir”.

Kovalenko əlavə edib ki, burada köhnə katalitik materiallar bərpa olunur və yeniləri yaradılır: “Onlar olmadan nə yanacaq, nə sürtkü materialı, nə də partlayıcı maddə hazırlamaq mümkün olardı”.

Seçilən
5
teleqraf.com

1Mənbələr