AZ

Fyodor Bondarçuk: Azərbaycan Prezidentinə göstərdiyi köməyə görə dərin təşəkkürümüzü bildiririk

BAKI, 14 iyun. TELEQRAF

"Azərbaycan Prezidentinə göstərdiyi köməyə görə dərin təşəkkürümüzü bildiririk".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xalq artisti, rejissor Fyodor Bondarçuk jurnalistlərə açıqlamasında bildirib.

"Onun dəstəyi sayəsində Tehranla Bakı arasında sərhədi təhlükəsiz şəkildə keçə bildik. Ümumilikdə 90 nəfər xilas edilib. Onlardan bəziləri bu gün Bakıda qalacaq, digərləri isə Moskvaya yola salınacaq. Hazırda çox yorğun olmağımıza baxmayaraq, hər şey yaxşıdır. Hər kəsə göstərilən dəstəyə görə minnətdarlığımızı bildiririk",- o qeyd edib.

Seçilən
21
teleqraf.com

1Mənbələr