İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində dörd nəfər həlak olub, 91 nəfər isə yaralanıb.
NOCOMMENT.az “The Jerusalem Post” portalına istinadən xəbər verir ki, bu barədə Milli Tibb Xidməti məlumat yayıb.
08:36
İranın səhər saatlarında İsrailə endirdiyi raket zərbələri nəticəsində iki nəfər ölüb, azı 70 nəfər isə yaralanıb.
Bu barədə Milli Tibb Xidməti məlumat yayıb.
07:11
İrandan İsrailə növbəti dəfə raketlər buraxılıb, hava hücumundan müdafiə qüvvələri onların qarşısını almağa çalışır.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz “Telegram” kanalında məlumat yayıb.
İsrailin bəzi bölgələrində hava hücumu sirenləri səslənir.
IDF hücum barədə Bakı vaxtı ilə saat 05:40-da məlumat verib. Saat 06:11-də Müdafiə Qüvvələrinin “Telegram” kanalında İsrail ərazisinə növbəti dəfə raketlərin atılması ilə bağlı mesaj peyda olub.
Bunlar İranın bir gecədə İsrailə atdığı dördüncü və beşinci raket dalğalarıdır. Təl-Əviv, Qüds, Beerşeba, Quş Dan və bir sıra başqa şəhərlər artıq vurulub. İsrail Müdafiə Nazirliyi raketlərin bəzilərinin tutulmadığını təsdiqləyib.
İyunun 13-nə keçən gecədən İsrail və İran bir-birinə zərbələr endirir və ölkələr bir-birinə qarşı “Yüksələn aslan” və “Əsl vəd 3” hərbi əməliyyatlarına başlayıblar.
IDF nüvə və hərbi obyektlərə, eləcə də yüksək rütbəli hərbçilərə hücum edib. İranda azı 78 nəfər ölüb, 320-dən çox insan yaralanıb.
Buna cavab olaraq İran İsrailə bir neçə dəfə raket zərbəsi endirib. Yaralıların sayı 60 nəfəri ötüb. Bir qadın ölüb.//Oxu.az