AZ

Erenel: "İran İsrailə kiçik nüvə zərbəsi endirə bilər"

İranın İsrailin hücumuna ən güclü cavabı yəhudi dövlətindəki hədəflərə kiçik miqyaslı nüvə zərbəsi ola bilər. Bunu Rusiya mediasına müsahibəsində Təhlükəsizlik və Müdafiə Strategiyası Araşdırma və Tətbiqi Mərkəzinin direktoru, İstanbul İstinye Universitetinin professoru Fahri Erenel bildirib.


Onun sözlərinə görə, İran İslam Respublikasında “kiçik” nüvə başlığının olmasını istisna etmək olmaz. İran bundan İsraildəki nüvə obyektlərinə zərbələr endirmək üçün istifadə edə bilər. Çünki bu yaxınlarda müvafiq strukturların yerləşdiyi yerlər barədə məlumat alıb.

"Belə olan halda İsrail də nüvə silahından istifadə edə bilər - bu seçim isə ən təhlükəli gediş olacaq", - ekspert vurğulayıb.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Seçilən
32
news365.az

1Mənbələr