AZ

Hindistanlı məşhur milyarder arı sancmasından öldü 1,2 milyard dollar sərvəti vardı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Aureus Polo Team”-in sahibi və Şahzadə Uilyamın yaxın dostu, iş adamı, milyarder Sanjay Kapur, polo oyunu zamanı ürək tutmasından faciəli şəkildə ölüb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, “Guards Polo Club” bu barədə rəsmi açıqlama yayıb: "Böyük kədərlə sizə bildiririk ki, Sanjay Kapur matç zamanı özünü pis hiss etdi və göstərilən köməklərə baxmayaraq, dünyasını dəyişdi".

Hadisə baş verən zaman o, “Sujan Indian Tigers” komandasının heyətində çıxış edirmiş.

53 yaşlı Kapurun ölümü ilə bağlı məlumatı onun direktorlar şurasının sədri vəzifəsində çalışdığı “Sona Comstar” da təsdiqləyib. Şirkətdən verilən açıqlamada, ölümün səbəbinin “qəfil infarkt” olduğu bildirilib.

Lakin “The Mirror” nəşrinin yazdığına görə, infarkt nadir rast gəlinən bədbəxt hadisə nəticəsində baş verib – oyun zamanı arı Kapurun ağzından sancıb. 

Bu, anafilaktik şoka səbəb olub, nəticədə onun ürəyi dayanıb. Hadisə şahidlərinin sözlərinə görə, o, huşunu itirməzdən əvvəl: "Mən nəsə uddum" deyib.

Anafilaktik şok qan təzyiqinin kəskin azalması və tənəffüs çətinliyi ilə müşayiət olunan ağır allergik reaksiyadır. Bu vəziyyət təcili tibbi yardım tələb edir.

Sanjay Kapur “Sona Comstar” şirkətini 2015-ci ildə atası Dr. Surinder Kapurdan miras alıb. 1987-ci ildə qurulan şirkətin bu gün Hindistan, Çin, Meksika, Serbiya və ABŞ-də doqquz istehsal müəssisəsi var.Sanjay Kapur ən məşhur Bollivud aktrisalarından biri - Karisma Kapurla evil olub. “Forbes”-in məlumatına görə, Kapurun sərvəti təxminən 1,2 milyard dollardır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
21
azpolitika.info

10Mənbələr