AZ

Sənə də son dəfə əlvida deyim... Nobel mükafatçısının şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün görkəmli italyan şair, Nobel mükafatı laureatı Salvatore Kvazimodonun anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun şeirlərini təqdim edir.

Səndən başqa kimim var, ürəyimSənə olan eşqim dərddə batırır məni,

Ah, torpağım mənim, axşam

portağalların,

qızılı dəfnə yarpaqlarının

mübhəm ətrini hiss etdirəndə,

bir də o çağın şehi,

dağ çayı özüylə

qızılgüllərin ətrini

dodaqlarına qədər gətirir.

Ancaq nə vaxt ki, sənin sahillərinə yan alıram

şirin bir səs - bülbül səsi

küçələrin birindən qalxdımı, qorxu bürüyür məni

bilmirəm uşaqlığımmı, eşqmi toxunacaq mənə,

yaxud özgə səmaların qüssəsi

İtmiş şeylərin arasında gizlənirəm...GüzgüBudur, budaqlarda

Tumurcuqlar açılır,

Qəlbi sökülür tumurcuqların

təptəzə otların yaşılı

ürəyə su səpir,

sığallayır ürəyi,

gövdəsi ölmüş kimidir

hansısa çuxura yıxılıb, sanki...Hər şeyi möcüzə kimi qəbul edirəm,

Mən buluddan düşən bir damcı suyam,

Bircə damcı -

Bir əlçim mavi səmanı

arxın üzündə əks etdirir, göstərir,

tumurcuqlarda gizlənən yaşıllığam

keçən gecə

bağrı söküldü,

açıldı.Arxasıüstə talada uzanan

çiçəkli qadınGecə yağışlarını gözlərkən

Sirr gətirdi özüylə,

yəni buludlar necə dəyişdi

beşiklərdən laylalar dalğa-dalğa

axıb getdi;

mənsə ölmüşdüm o zaman.Göylə yerin arasındakı şəhər

sonuncu sığınacaq yerimdi,

hər tərəfdən keçmişin

qadınları səsimə hay verirdi,

anamsa cavanlaşmışdı

ehmalca qızılgülləri dərib

çələng hörürdü mənə.

Gecə qapının ağzını kəsdirmişdi,

uduzlar

qızılı xətlərin üstüylə

süzüb gedir, işıq saçırdılar,

birdən məni gördülər

gizləndiyim yerdə

açıq bağları xatırlatdılar

bir də həyatın mənasını.

Ancaq arxasıüstə

talada çiçəklərin arasında uzanmış qadının

təbəssümü öldürdü məni...

Yatmış çayların saflığıXoşbəxt limanlarda tapıram səni,

gecə üzən gəmidə,

göydəndüşmə, xoşbəxt saatda,

demək olar yeni sevincin istiliyində,

səssiz yaşamağın acı firavanlığında.Bakirə cığırlar

yatmış çayların saflığını imtahana çəkər:

mən hələ də

adını sükutun içində eşidən

bir sərsəriyəm,

o zaman ki, onlar ölmüş adamları çağırarlar.

Ölümsə artıq

ürəkdə bir yer, bir məkan adıdır.ƏlvidaVaxtın necə keçdiyini bilmədən

günəş batdı.

Axşam məkanın son şəfəqləriylə

işıqlanacaq indi

uzun və yorğun kölgəmi hiss edirəm.Hava necə zərif, necə yüngüldü,

meh də gözəl, gözəllər gözəli,

adamın əli gəlmir

nəyisə dəyişdirsin

əbədiyyət necə var eləcə qalsın,

ürəkdə hönkürtünün kəsib doğradığı aman kimi.Ancaq bu bir axşam, bu bir gecədir

sevdiyim həyat batıb gedir, qərq olur.

Gün gözəl idi, ancaq çəkib getdi.

Səni də şeirim, canımdan çıxarıb bir yana qoyum,

Sənə də son dəfə əlvida deyim.Gecə əsgərlər ağlarNə xaç, nə Qolqof çəkici,

nə də uşaqlığın müqəddəs xatirələri

müharibəni dayandıra bilər,

gücləri çatmaz buna.

Gecə, ölümün bir addımlığında

bu güclü əsgərlər ağlar

çoxdan, sülh vaxtı öyrəndikləri

sözlərin qabağında heydən düşüb

ölərlər

adsız çayların göz yaşları

axdıqca axar...Onu Tanrı bilirəmOnu Tanrı bilirəm

Sənin yanında olanı deyirəm

ağzını açdınmı

səsini elə gözəl dinlər ki...Və gülər bir aşiq kimi. Birdən

onu görər-görməz ürəyim

sinəmdə tərpənər, səsindilimdə azıb qalar, sustalıb qalar.

Dəli bir alov dərimi bürüyər,

gözlərim qaralar, qanın hay-harayı

qulaqlarıma çatar...Qan-tər içində əsirəm

solub-saralmış ot kimiyəm

vəcdlə ölümə doğru gedirəm.Bu şirin almaBu şirin alma

ağacın təpəsində,

yarpaqların arasında

qızarır, hər gün bir az da şirinləşir

ağacın lap kəlləsində,

alma dərənlər unudublar onu

yox, yox, unutmayıblar,

ancaq hədər,

onu dərmək

kimsəyə nəsib olmaz...

Tərcümə: Cavanşir Yusifli

Möminə Xatun türbəsi bərpa edilir

Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

Sən bizimsən, bizimsən durduqca bədəndə can! - Günün şeiri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
kulis.az

1Mənbələr