AZ

"Real"ın futbolçusu "Arsenal"a keçməyəcək

style='margin-bottom:10px;'>

"Real"ın cinah oyunçusu Rodriqo Qoes onunla maraqlanan "Arsenal"a keçməyəcək.

QOL.az xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.

Futbolçu özü "Real"dakı yeri uğrunda mübarizə aparmaq qərarına gəlib.

Rodriqo ötən mövsüm az oyun şansı almağından narazıdır. Bununla belə, braziliyalı hücumçu kluba yeni baş məşqçi Xabi Alosnonun gəlişinə nikbin baxır və onunla işləməyi səbirsizliklə gözləyir.

Qeyd edək ki, Rodriqo ötən mövsüm bütün turnirlərdə 51 matça çıxıb, 14 qol vurub və 10 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr