AZ

Sertifikatlaşdırma imtahanından sonra artımla maaş alacaq müəllimlərin sayı məlum olub

Bakı. Trend:

Növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfərtəhsilverənin iştirakı nəzərdə tutulur. Əməkhaqqısını diffensialqaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdənçox olacaq.

Trend xəbərverir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində keçirilən“Son zəng” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, prosesə hazırlıq yekunlaşmaq üzrədir:

“Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verirki, qarşıya qoyulan hədəflərə nail olunur.

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin vəpeşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Prosesmüəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırmasıüçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətlitəhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir.

Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var.Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir.Sertifikatlaşdırma bu tələbi ödəyir”.

Eşqi Bağırov xatırladıb ki, 2022-ci ildən təşkil olunansertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib:

“Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifəmaaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faizartım tətbiq olunub.

Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşınıdiffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 minnəfərdən çox olacaq”.

Seçilən
24
33
az.trend.az

10Mənbələr