BAKI. 14 iyun. TELEQRAF
İtaliyanın "İnter" klubunun futbolçusu Mehdi Taremi hərbi əməliyyatlar üzündən İranı tərk edə bilmir.
Teleqraf "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Tehrandan uçaraq klublararası dünya çempionatında iştirak edəcək komandaya ABŞ-ın Kaliforniya ştatında qoşulmalıdır.
Lakin İsraillə hərbi toqquşma üzündən İranın hava məkanı bağlıdır.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək davam edəcək.