İranın dünən axşam saatlarından etibarən başlatdığı qisas hücumlarının ardından İsrail İrana yenidən zərbələr endirməyə başlayıb.
Məlumatlara görə Tehran yaxınlığındakı Mehrabad hava limanı da bombalanıb. İsrail mediası hava limanında olan bir neçə döyüş təyyarəsinin də vurulduğunu bildirir.
Bundan başqa, İsrail İsfahan və Fordo nüvə stansiyalarını da vurub.
Qeyd edək ki, İsrail dünənki hücumu zamanı Natanz nüvə obyektini də vurmuşdu.
İranın 60 faiz uran istehsal etdiyi yer üstü obyektinin tamamilə məhv edildiyini bildirən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qrossi, müəssisədə ciddi radioaktiv və kimyəvi sızma aşkarlandığını açıqlayıb.
TAHİR
İsrail'in Tahran'daki havaalanına yönelik saldırısının görüntüleri ortaya çıktı. pic.twitter.com/gjX4TGTXDx
— Türkiye Gazetesi (@turkiyegazetesi) June 13, 2025