İsrailin İranın müxtəlif şəhərlərinə hücumlarından sonra tərəflərin qarşılıqlı hava hücumları davam edir.
İran ordusu dünən axşam saatlarından etibarən cavab hücumuna keçərək İsrailə yüzlərlə ballistik raket atıb və hazırda da hücumlar davam edir. Gecə boyu Təl-Əviv səmasında çoxlu raketlər görünüb. İsrail havadan müdafiə sistemləri isə İran raketlərinin qarşısını almağa çalışıb. İsrail mediası İran raketlərinin qarşısının alınmasında ABŞ-ın da İsrailə dəstək erdiyini yazır. Ancaq bununla belə Qüds və Təl-Əvivin bəzi bölgələrində dumanların yüksəldiyi bildirilir. İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, İran İsrailə qarşı son hücumlarında Təl-Əvivin cənubundakı bəzi binaları hədəf alıb. Bir binanın isə çökdüyü bildirilir. Son məlumatlara görə, İranın hücumları nəticəsində İsraildə 3 nəfər ölüb, 91 nəfər yaralanıb.
İrandan atılan raketlərin vurulduğu nöqtələrdən biri də İsrail Müdafiə Nazirliyinin binası olub. İsrail ordusunun radiosunun xəbərinə görə, İrandan atılan raketlərdən biri Təl-Əvivdəki Müdafiə Nazirliyinin binasına düşüb və bölgədə yanğın baş verib.
TAHİR
JUST IN: 🇮🇷🇮🇱 Iranian hypersonic missile strikes Tel Aviv, Israel. pic.twitter.com/OeObLhUAa7
— BRICS News (@BRICSinfo) June 13, 2025
Tel Aviv🔥 pic.twitter.com/VO0cikd8rc
— Yemen Military 🇾🇪 (@Yemenimilitary) June 13, 2025