AZ

İsrailin hücumları qarşısında İranın hava hücumundan müdafiə sistemi tamamilə yararsız oldu


2025-ci il iyunun 14-də İsrail və İran arasında münaqişə gərginliyin yeni səviyyəsinə çatdı. İsrail ordusu iyunun 13-nə keçən gecə başlayan “Aslanın yüksəlişi” əməliyyatı çərçivəsində İranın hərbi və nüvə obyektlərinə zərbələr endirməkdə davam edir. “Reuters” agentliyinin və X şəbəkəsindəki nəşrlərin məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri İsrailin hücumlarına qarşı effektiv şəkildə müqavimət göstərə bilməyib və nəticədə bu,İsrailin Tehranın hərbi strukturlarına ciddi ziyan vurmasına səbəb olub. Buna cavab olaraq İran İsrailə yüzlərlə ballistik raket atıb, lakin İsrailin hava hücumundan müdafiə sistemi onları zərərsizləşdirə bilib.
İsrail Müdafiə Nazirliyi İranın ballistik raket buraxılış qurğularının, hava hücumundan müdafiə sistemlərinin və silah anbarlarının məhv edilməsini əks etdirən görüntülər yayıb. X şəbəkəsində yayılan videoda Tehran və Həmədandakı hərbi hədəflərə dəqiq zərbələr endirilməsi, həmçinin İranın kamikadze PUA-larının ələ keçirilməsi əks olunub. Pilotsuz təyyarələri məhv etmək üçün Aralıq dənizində Sa’ar sinifli korvetlərdə yerləşdirilən hava hücumundan müdafiə sistemlərindən istifadə edilib.Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat İranın “ekzistensial təhlükə” adlandırdığı nüvə silahının inkişaf etdirməsinin qarşısını almaq məqsədi daşıyır. İran hakimiyyəti İsrailin zərbələrinin ciddi nəticələri barədə məlumat verib. İRNA dövlət xəbər agentliyinin məlumatına görə, Natanzda uranın zənginləşdirilməsi mərkəzinə edilən hücum obyektin yeraltı hissəsində radiasiya sızmasına səbəb olsa da, lokallaşdırılıb.. Rəsmi Tehran İsrailin hücumu nəticəsində 78 nəfərin öldüyünü, 300-dən çox insanın yaralandığınıbildirib. Qurbanlar arasında SEPAH komandiri Hossein Salami və Fereydoon Abbasi kimi bir neçə nüvə alimi də var. İranın ali dini lideri Əli Xamenei bu hücumları “müharibə elanı” adlandırıb və buna layiqlicavab veriləcəyini vəd edib.

Surxay Əliyev

Seçilən
14
baki-xeber.com

1Mənbələr