İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani, İran Baş Qərargahının kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrail Hərbi Hava Qüvvələri İranda 100-ə yaxın hədəfi vurub. Zərbələr nəticəsində SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və nüvə alimləri həlak olub.