Azərbaycan Premyer Liqasında başa çatan mövsümdə ən çox oyun keçirən futbolçular “Sumqayıt”dan Murad Xaçayev və “Şamaxı”dan Rikardo Fernandesdir.
“FutbolPress“in məlumatına görə, hər iki oyunçu çempionatda 35 oyunda meydanda olub. Onlar hərəyə 3 150 dəqiqə şans qazanıb.
Digər ən çox oyun keçirən Rüfət Abbasovdur. “Şamaxı”nın 19 yaşlı cinah oyunçusu 36 matçda 3 136 dəqiqə meydanda olub.
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram 34 görüşdə “çərçivə”ni qoruyub. O, 3 060 dəqiqə şans qazanıb. “Beşliy”i isə “Turan Tovuz”dan Aleks Serrano tamamlayır. İspaniyalı legioner 35 görüşdə 3 039 dəqiqə meydanda olub. Maraqlıdır ki, Tovuz təmsilçisi mövsümdə ən çox oyun keçirən oyunçusu ilə yollarını ayırıb.
Şahin Cəfərov