AZ

İran XİN: “ABŞ-la danışıqlar hələ ləğv edilməyib”

İran və ABŞ arasında İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının nizamlanması üzrə növbəti danışıqlar raundu, 15 iyun tarixinə planlaşdırılsa da, hələlik ləğv olunmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai bildirib.

“15 iyun tarixində bu məsələyə dair hansı qərarı verəcəyimiz hələ məlum deyil”, – diplomatın sözlərini “NourNews” agentliyi sitat gətirir.

Qeyd edək ki, bundan əvvəl Əsmail Baqai bəyan etmişdi ki, İsrailin hücumundan sonra Vaşinqton və Tehran arasında danışıqların mənası qalmayıb.

Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr