İsrailin hücumları zamanı İranın iki yüksək vəzifəli generalı öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəis müavini Qulamrza Mehrabi və qurumun Əməliyyat idarəsinin rəis müavini Mehdi Rəbbani həyatını itirib.