AZ

İranda aeroportların fəaliyyəti naməlum müddətə dayandırılıb

Bakı. Trend:

İranda aeroportların fəaliyyəti naməlum müddətə qədərdayandırılıb.

Trend-inməlumatına görə, bu, İranın Aeroportlar və Hava NəqliyyatıŞirkətinin bildirişində qeyd olunub.

Bildirilir ki, İranın Mülki Aviasiya Təşkilatı tərəfindənverilən qərara əsasən, vətəndaşların təhlükəsizliyinin qorunmasıilə əlaqədar ölkənin heç bir aeroportundan uçuş həyatakeçirilməyəcək.

Məlumatda yeni qərar olduğu halda bununla əlaqədar ictimaiyyətəaçıqlama veriləcəyi vurğulanıb.

Qeyd edək ki, ötən gün İranın Mülki Aviasiya Təşkilatı 14 iyunsaat 14:00-dək ölkə ərazisində bütün uçuşların dayandırıldığınıqeyd edib.

Ölkədə uçuşların dayandırılmasına İran və İsrail arasındayaşanan konflikt səbəb olub.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı“Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildəhərbi obyektlərin vurulduğunu bildirib.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr