İranın “Arash” tipli kamikadze dronları İsrail ərazisində bir sıra hədəfləri vurub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Nour News” agentliyi məlumat yayıb.
Daha əvvəl İsrail ordusu İran PUA-larının aşkarlanması səbəbindən yəhudi dövlətinin şimalında hava həyəcanının elan edildiyi barədə məlumat vermişdi.
İrandan buraxılan pilotsuz uçuş aparatları (PUA) səbəbindən İsrailin bir neçə bölgəsində hava hücumu siqnalı səsləndirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
“Bir qədər əvvəl İran ərazisindən İsrail istiqamətində buraxılmış PUA-ların aşkar edilməsindən sonra ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları işə düşüb”, – deyə rəsmi açıqlamada qeyd olunub.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri təhlükənin aradan qaldırılması üçün qarşı tədbirlər görür, PUA-ların qarşısını almaq və onları məhv etmək üçün əməliyyatlar həyata keçirir.