Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri üzrə Tibb məntəqəsi tikiləcək.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurum tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb.
Tibb məntəqəsinin tikinti-quraşdırma işlərinin 700 min manata başa gələcəyi proqnozlaşdırılıb.