AZ

Qazaxıstanda AES tikintisi üzrə konsorsiumun lideri “Rosatom” seçilib

“Rosatom” dövlət korporasiyası Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisi üzrə konsorsiumun lideri seçilib. Bu barədə iyunun 14-də Qazaxıstanın Atom Enerjisi Agentliyinin saytında məlumat verilib.

Xəbəri XQ “İzvestiya.ru”ya istinadən verir. 

Bildirilir ki, aparılan işlərin nəticələrinə əsasən, potensial təchizatçıların qısa siyahısına “Rosatom” (Rusiya), Çin Milli Nüvə Korporasiyası (Çin), “Electricité de France” (Fransa) və “Korea Hydro & Nuclear Power” (Cənubi Koreya) şirkətləri daxil edilib. Ən optimal və sərfəli təklifi Rusiya şirkəti edib.

“Beləliklə, “Rosatom” Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisi layihəsi üzrə beynəlxalq konsorsiumun lideri təyin edilib. Hazırda “Rosatom”un təkliflərinə uyğun olaraq, Rusiya Federasiyasının vəsaiti hesabına dövlət ixracının maliyyələşdirilməsinin cəlb edilməsi məsələsi üzərində işlərə başlanılıb”, - məlumatda deyilir.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr