Son illərdə yaddaşla bağlı şikayətlər təkcə yaşlıları deyil, gəncləri də narahat etməyə başlayıb. Unutqanlıq, diqqətsizlik, adları və əşyaların yerini yadda saxlaya bilməmək artıq gündəlik həyatın ayrılmaz probleminə çevrilib.
Bizim.Media xəbər verir ki, bu halın arxasında sadəcə yaşlanma yox, stress, yuxusuzluq, texnologiyadan həddindən artıq istifadə və düzgün qidalanmamaq dayanır.
Əgər siz də yaxın günlərdə nəyisə tez-tez unudursunuzsa, tez yorulursunuzsa, düşünməkdə çətinlik çəkirsinizsə, ola bilsin ki, bu, beynin xəbərdarlıq siqnalıdır.
Həkimlər yaddaşın zəifləməməsi üçün bəzi tövsiyələr edir:
Məsələn gündəlik ən az 7 saat yatmaq, stresdən uzaq durmaq, sosial şəbəkə və texnologiyadan fasilələrlə istifadə etmək, balıq, qoz, yumurta kimi beyin üçün faydalı qidaları rasiona daxil etmək və hər gün ən az 30 dəqiqə piyada gəzmək yaddaş zəifləməsi probleminin qarşısını ala bilər.
Yaddaş pozuntusu ciddi nevroloji problemlərin xəbərçisi ola bilər. Bu səbəbdən, şikayətlər davamlıdırsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta