AZ

Bakıda “Miniboss Business School” şagirdləri arasında V Milli Startap Çempionatı keçirilir

Bakıda “Miniboss Business School Baku” şagirdləri arasında V Milli Startap Çempionatı başlayıb.

“Report”un xəbərinə görə, tədbirdə 6-17 yaş arası uşaq və yeniyetmələr iştirak edirlər.

Çempionatda iki kateqoriya SIFE (Startups in Innovative Free Entrepreneurship - İnnovativ Azad Sahibkarlıqda Startaplar) və SAGE (Startups for the Advancement of a Global Environment - Qlobal Mühitin İnkişafı üçün Startaplar) üzrə 22 komanda mübarizə aparır.

İştirakçıların layihələri innovativlik, potensial gəlirlilik, mediada iştirak, eləcə də münsiflər heyətinin suallarına əsaslandırılmış cavab vermək bacarığı kimi meyarlar əsasında qiymətləndirilir.

SIFE kateqoriyası azad sahibkarlığın inkişafına, SAGE startapları isə davamlı inkişafa və ətraf mühitin mühafizəsinə yönəlib.

Təqdimatlardan sonra hər iki kateqoriya üzrə ən yüksək nəticə göstərən üç qalib komanda müəyyən ediləcək. Bundan əlavə, beş nominasiya – “Ən yaxşı performans”, “Ən kreativ ideya”, “Ən innovativ ideya”, “Ən yaxşı məhsul dizaynı” və “Ən yaxşı brend adı” üzrə xüsusi mükafatlar təqdim olunacaq.

Foto: Zaur Mustafayev

Seçilən
18
1
report.az

2Mənbələr