AZ

İrandan təxliyə olunan rusiyalılar Astara sərhədindən keçib

İçərisində İrandan təxliyə olunan Rusiya vətəndaşlarının olduğu ilk avtobus Astara sərhəd-gömrük məntəqəsindən keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Bakıdakı Səfirliyinə istinadən TASS yayıb. 

Xatırladaq ki, bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımi şərait yaradıb.

Seçilən
4
3
qafqazinfo.az

4Mənbələr