AZ

Hörmüz boğazının tam bağlanması ehtimalı az olsa da, bu risk bazarda dəyişkənliyi artırır - Rystad Energy

Bakı. Trend:

Yaxın Şərqdə geosiyasi gərginliyin artması cümə günü neftqiymətlərinin yüksəlməsinə səbəb olub. Bu, İsrailin İrana qarşıqabaqlayıcı zərbəsindən sonra bazarın mümkün nəticələrəhazırlaşması ilə əlaqəlidir. Həmin zərbə iki ölkə arasındaqarşıdurmanın əvvəlki dinamikasını dəyişmiş sayılır.

Trend xəbər verirki, “Rystad Energy”nin geosiyasi təhlil şöbəsinin rəhbəri XorceLoenun sözlərinə görə, İsrailin zərbəsi regional dinamikanındəyişməsi anlamına gəlir və neft risk- əlavəsini bir barel üçün 8dollara qədər yüksəldib.

“Bazar İranın reaksiyasını diqqətlə izləyir. Əgər az ehtimalolunan ssenaridə İran Hörmüz boğazı vasitəsilə neft tədarükünüpozarsa, təklifdə ciddi bir şokla və qiymətlərin kəskin artımı iləüzləşə bilərik”, – deyə o qeyd edib.

Analitik vurğulayıb ki, əvvəlki hallardan fərqli olaraq bu dəfəilk addımı atan İsrail olub. Əvvəllər İran hücumu başlayır, İsrailcavab verirdi. Bu isə bazarın riskləri və mümkün eskalasiyanı necəqəbul etməsinə ciddi təsir göstərə bilər.

Xorxe Leon Hörmüz boğazının hələ də əsas gərginlik nöqtəsiolduğunu vurğulayıb.

“Bu dar boğazdan hər gün təxminən 12 milyon barel neft daşınır,bunun 80 faizindən çoxu Asiya bazarlarına istiqamət alır. Neftməhsullarını da əlavə etsək, ümumi daşımalar 20 milyon barelə çatabilər. Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrin Hörmüz boğazınıkeçmədən neft nəql etməyə imkan verən infrastruktur layihələri,xüsusilə East-West və Habsan-Fuceyra neft kəmərləri olsa da,onların ümumi ötürmə qabiliyyəti hazırkı tədarük həcminin təxminənyarısını əhatə edir”,- deyə o əlavə edib.

Xorxe Leon xatırladıb ki, İran dəfələrlə Hörmüz boğazınıbağlamaqla hədələsə də, heç vaxt tammiqyaslı blokadagerçəkləşdirməyib. Əvvəllər Tehran GPS siqnallarının pozulması,tankerlərin saxlanılması kimi tədbirlərə əl atıb ki, bu da dənizdaşımalarına risk yaradıb, lakin ixracatın tamamilədayandırılmasına gətirib çıxarmayıb. Boğaz Omanla birgə idarəolunur və mütəxəssisin sözlərinə görə, İranın naviqasiyanı pozmağayönəlik istənilən cəhdi təkcə Fars körfəzi Ərəb DövlətləriƏməkdaşlıq Şurasına üzv ölkələrin yox, həm də Çin kimi iri neftidxalçılarının ciddi təpkisinə, kəskin beynəlxalq reaksiya yolaçacaq.

Analitik hesab edir ki, Hörmüz boğazının tam bağlanması ehtimalıazdır, lakin belə bir ssenarinin mümkünsüz olmaması belə bazardadəyişkənliyi artırır və geosiyasi amillərin qlobal enerji bazarınınformalaşmasındakı rolunu önə çıxarır.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dənçox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb,bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
19
1
az.trend.az

2Mənbələr