İran hava hücumundan müdafiə qüvvələri iki İsrail F-35 beşinci nəsil qırıcısını vurmağa müvəffəq olub.
Publika.az xəbər verir ki, belə bir iddia ilə İranın "Mehr" agentliyi məlumat yayıb.
Bir təyyarənin qalıqlarının fotosu təqdim olunub. İsrail hələlik bunu təsdiqləməyib.
"İsrailin iki F-35 qırıcısı və çoxlu sayda pilotsuz təyyarəsi məhv edilib. Pilotların taleyi məlum deyil və araşdırma aparılır", - agentlik yazır.
Fotoda yanmış təyyarə və yerə səpələnmiş parçaları əks olunub. Təyyarənin qəzaya uğradığı yer açıqlanmayıb.