Müğənni Nura Surinin övladı David ötən gün məktəbi bitirən məzunlar sırasında olub.
Musavat.com bildirir ki, müğənni bu barədə sosial media hesabında paylaşım edib.
Nura Suri 18 yaşında ailə qurub, 19 yaşında ana olduğu üçün ali təhsilini başa vura bilmədiyini qeyd edib:
"Mən ilk dəfə xoşbəxtliyin nə olduğunu ana olduğum gün anlamışam.
Başqa insan üçün yaşamağı, sevinməyi, kədərlənməyi, sevməyi ana olanda anlamışam. Övladlarım üçün həyatımı da qurban verərəm.
David məktəbli idi, deyə hələ də dərk etmirdim, dərk etmək istəmirdim uşaqlarımın böyüdüyünü. Mən də onlarla birgə böyüdüm, yaşa doldum".
Nura Suri qeyd edib ki, iki övladı ondan uzaqda- Amerikada yaşayır və digər oğlu David də Amerikaya təhsil almağa gedəcək. Bu isə onu iki çətin seçim qarşısında qoyacaq:
"Mən ya onunla getməliyəm, ya da tək qalmağı seçməliyəm. Mənim üçün çox çətin bir dönəm başlayır. Seçim etməliyəm. Ya övladlarımın yanına köçməliyəm, ya da yaşlı valideynlərimi və vətənimi seçməliyəm".
Xalidə Gəray
Musavat.com