"Qalatasaray" klubu daha bir ulduzu heyətinə cəlb etməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" "Barselona"nın qapıçısı Mark Andre Ter-Ştegenlə maraqlanır. Klub artıq futbolçunun agenti ilə əlaqəyə keçib. 

33 yaşlı qapıçı ilə maraqlanan klublar arasında İngiltərənin "Mançester Yunayted" klubu da var. 

Qeyd edək ki, "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq almaniyalı qolkiperin bu yay klubdan ayrılması gözlənilir.