AZ

İsrail ölənlərin və yaralıların sayını AÇIQLADI

İsrail Müdafiə Nazirliyi (TSAXAL) İranın raket və hücumunun nəticələri ilə bağlı son vəziyyəti açıqlayıb:

“İran İsrailin nüvə və hərbi obyektlərə qarşı əməliyyatına cavab olaraq İsrailə ağır raket zərbələri endirib. Təl-Əvivin yaşayış məntəqələrinə ziyan dəyib, binalar dağılıb, 60-dan çox insan yaralanıb”.

“Cebheinfo.az” xəbər veriri ki, “TSAXAL”-ın kütləvi dağıntılarla bağlı məlumatında belə deyilir. 

“TSAXAL” İsrailin tam döyüşə hazır olduğunu bəyan edib və İrandan gələcək hücumlara cavab verəcəyini bəyan edib.

Tel-Əviv hərbi dairəsinin komandanı İran raketlərinin vurduğu maddi ziyanın çox böyük olduğunu desə də, nisbətən az adamın yaralandığını və xəsarətlərin heç birinin ciddi olmadığını bildirib.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr üç dalğada həyata keçirilib:

“100-dən az raketdən ibarət ilkin iki dalğa, sonra bir saat ərzində onlarla raketdən ibarət üçüncü dalğa.Atışma nəticəsində Təl-Əviv aqlomerasiyasında yaşayış binalarına ziyan dəyib: bir ev dağılıb, bəzi ərazilərdə yanğınlar başlayıb, xilasedicilər insanları yanan ərazilərdən təxliyə ediblər.

Son məlumatlara görə, İsraildə xəsarət alanların sayı 60 nəfəri ötür. Onlardan 40-a yaxınının vəziyyəti yüngül, ikisinin vəziyyəti ağır, bir neçəsinin vəziyyəti isə orta-ağırdır.Raket zərbəsi nəticəsində ağır yaralanan bir qadın xəstəxanada vəfat edib”.

“Ynet” xəbər portalının məlumatına görə, 20-dən çox adam xəstəxanaya yerləşdirilib.

Ramat Qanda (Tel-Əvivin şərq ətrafı) raketin çoxmərtəbəli yaşayış binasına düşdüyü yerə ciddi ziyan dəyib. Təl-Əvivin özündə də zərbələr bir neçə məhəlləyə endirilib: binaların fasadları zədələnib, pəncərələr sındırılıb, yanğınlar baş verib. 

İsrail Müdafiə Nazirliyinin mənzil-qərargahı yaxınlığında bir neçə zərbə qeydə alınıb.

“Times of Israel”in məlumatına görə, zərbələrdən biri hava hücumundan müdafiə sistemini keçərək komanda mərkəzinin yaxınlığında güclü partlayışa səbəb olub.

Seçilən
17
50
cebheinfo.az

10Mənbələr