AZ

Millinin gənc oyunçusu ilə 6 illik müqavilə bağladı - Paytaxt təmsilçisi

“Real” Argentina millisinin və “River Pleyt”in gənc üzvü Franko Mastantuononu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Lakin anlaşma avqustun 14-də, futbolçunun 18 yaşı tamam olan gün qüvvəyə minəcək.

Mastantuono “River Pleyt”in heyətində meydana çıxdığı 61 matçda 10 qola 7 məhsuldar ötürməyə imza atıb. O, iyunun 6-da Argentina millisində debüt edib.

Seçilən
6
sportinfo.az

1Mənbələr