AZ

MİDA iki şirkətə 5,7 milyon manat ödəyəcək

BAKI, 14 iyun. TELEQRAF

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) MMC Yevlax şəhəri, R.Budaqov küçəsi 1 ünvanında yerləşən 1,9 hektar torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi çərçivəsində görüləcək bir sıra işlər üçün iki şirkətlə müqavilə bağlayıb.

Teleqraf xəbər verir ki, sözügedən ərazidə mühəndis-kommunikasiya şəbəkələrinin qurulması və abadlaşdırma işlərinin həyata keçirilməsi üçün "Enerji Qrup" MMC ilə müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 5 milyon 318 min 197 manat təşkil edir. İşlərin görülməsinə bu il aprelin 24-dən başlanılacaq. İşlərin 2026-cı ilin yanvar ayında təhvil verilməsi ıplanlaşdırılır.

Əlavə olaraq, sahəxarici və sahədaxili qaz təchizatı sistemlərinin qurulması isə "Az İnşaat Layihə" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub. Bunun üçün QSC-yə 435 745 manat ödənilib. İşlər mayın 19-dan başlayıb, gələn ilin fevralında bitməsi nəzərdə tutulur.

Seçilən
29
teleqraf.com

1Mənbələr