AZ

Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb

Polşa Prezidenti Anjey Duda Yaxın Şərqdəki gərginliyə görə Sinqapurda qalmalı olub.

“Report” “Polsat News”a istinadən xəbər verir ki, Dudanın Sinqapurdan rəsmi səfərdən qayıdacağı reys marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar ertələnib.

Əvvəlcə Polşa Prezidentinin təyyarəsinin cümə günü axşam uçacağı planlaşdırılırdı. Bununla belə, prezident aparatı Yaxın Şərqdəki vəziyyət və marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar uçuşun daha uzun müddətə təxirə salındığını bildirib.

Nəşr qeyd edir ki, artıq alternativ marşrut artıq müəyyən edilib və Dudanın olduğu təyyarə yaxın saatlarda yola düşməlidir.

Duda və həyat yoldaşı Aqata ilə bazar ertəsindən Cənub-Şərqi Asiyadadır. Prezident ailəsi Malayziya və Sinqapurda olub.

Seçilən
11
5
report.az

9Mənbələr