AZ

“Napoli” Luka Marianuççini heyətinə qatdı

“Napoli” “Empoli”nin 20 yaşlı italyan mərkəz müdafiəçisi Luka Marianuççini tamhüquqlu əsasda “eşşəkciklər”in heyətinə qatıb.

Arena.az bu barədə “Napoli”nin rəsmi saytına istinadən məlumat verir.

Müqavilə müddəti və keçid məbləği açıqlanmayıb. Müqavilə iyul ayının 1-dən qüvvəyə minəcək.

Müxtəlif kütləvi informasiya vasitələrində 5 illik müqavilədən söhbət getdiyi haqda məlumat var.

Luka Marianuççi “Empoli”nin məzunudur. Gənc müdafiəçi “Pro Sesto”da icarə əsasında çıxış edib. Marianuççi italyan futbolunun ən ümidverici mərkəz müdafiəçilərindən biri hesab edilir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Marianuççi “Empoli”nin heyətində 24 oyun keçirib, 2 məhsuldar ötürmə ilə fərqlənib.

O, bir mövsüm “Pro Sesto” klubunda da icarədə olub.

Marianuççi böyük futbolda hələ heç bir qənimət qazanmayıb, eləcə də İtaliya yığmasına cəlb edilməyib.

“Transfermarkt” internet portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
41
arena.az

1Mənbələr