AZ

FHN-in Muğan Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirdi

BAKI, 14 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhərində yerləşən “Shirvan Operating Company Ltd” şirkətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məşqdə FHN-in Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin, “Shirvan Operating Company Ltd” şirkətinin əməkdaşları və Şirvan Şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri iştirak ediblər.

Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması, müəssisə personalının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, “fövqəladə hadisə” ilə mübarizə tədbirləri reallaşdırılıb.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Seçilən
35
teleqraf.com

1Mənbələr