AZ

İran İsraili 2000 raket atmaqla hədələyir - "Al Arabiya”

İran İsrailə qarşı silsilə zərbələr endirməyi planlaşdırır ki, bu da təxminən 2000 raketdən ibarət ola bilər. Bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.


Telekanalın məlumatına görə, Tehran gələcək hücumların miqyasına görə əvvəlkilərdən qat-qat böyük olacağını bəyan edib. Bu, təxminən əvvəlki zərbələrdən 20 dəfə güclü olacaq. Hələlik İran rəsmilərindən məsələ ilə bağlı heç bir rəsmi şərh yoxdur.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Seçilən
12
46
news365.az

10Mənbələr