AZ

“Neftçi” təklif etdi - Özünə başqa komanda tap, yoxsa…

Ötən ilin yayında "Neftçi"yə gələn Dembo Darbo Samir Abasovun növbəti mövsümlə bağlı planlarında yer almır.

Bu barədə paytaxt klubundan məlumat əld etmişik.

Redaksiyamıza daxil olan informasiyaya görə, rəsmilər bu barədə qambiyalı hücumçuya xəbər göndərib.

26 yaşlı legionerdən özünə başqa komanda tapması istənilib.

Darbonun "Neftçi" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Daha əvvəl Belarus və Qazaxıstanda da legioner həyatı yaşamış afrikalı xroniki zədədən əziyyət çəkir. Abasov məhz bu üzdən ona etimad göstərməyə ehtiyat edir.

Qambiyalıya real müştəri tapılmasa, necə olacaq? «Ağ-qaralar» ona təzminat ödəməyə hazırdır. Bu məbləğ 3 ayın maaşı qədər təşkil edəcək.

SPORTİNFO.AZ

Seçilən
29
sportinfo.az

1Mənbələr