AZ

“Azərbaycana qalib gəlməklə elə düşünürük ki..."

Belarus yığmasının sabiq futbolçusu Vitali Kutuzov maraqlı fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında komandanın hazırkı durumunu dəyərləndirib.

O, yığmasının DÇ-2026-nın seçmə mərhələsinə hazır olmadığını düşünür:

“Bu il keçirdiyimiz yoldaşlıq görüşlərində bir neçə komandaya qalib gəlmişik. Ancaq bunlar Tacikistan, Azərbaycan və Qazaxıstandır.

Yəni bizim səviyyəyə yaxın komandalar. Bu rəqiblərə qalib gəlməklə elə düşünürük ki, hər şey qaydasındadır. İtalyanlar da belə bir vəziyyətlə üzləşmişdilər.

Onlar 5 il əvvəl Avropa çempionu oldular, ancaq indi nə edəcəklərini bilmirlər. Biz də bir gün anlayacağıq ki, Avropa futboluna qarşı mübarizə aparmaq üçün nəyə ehtiyacımız var.

Qarşıdan gələn seçmə mərhələdə uğur qazanacağımıza şəxsən mən inanmıram”.

Belarus millisi DÇ-2026-nın seçmə mərhələsində Yunanıstan, Şotlandiya və Danimarka ilə C qrupunda mübarizə aparacaq.

Seçilən
22
sportinfo.az

1Mənbələr