AZ

Təyyarə qəzasında ölənlərin sayı artdı

İyunun 12-də Hindistanda baş vermiş təyyarə qəzasında ölənlərin sayı 274 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilir ki, iyunun 12-də "Air India" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb. Qurbanlar arasında təyyarənin sərnişinləri və ekipaj üzvləri, habelə yerdə olan yerli sakinlər var.

Qeyd edək ki, Hindistanın Əhmədabad şəhərindən Londonun Qatvik hava limanına uçan təyyarənin göyərtəsində 242 nəfər - 230 sərnişin, iki pilot və 10 ekipaj üzvü olub. Mənbələr bildiriblər ki, təhlükəsizlik xidmətləri uçuş qeydini tapmağa nail olub. Ərazidən dağıntıların təmizlənməsi işlərinə 100-dən çox fəhlə və 40 mühəndis cəlb olunub.

"Air India" şirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yaşayış binalarına çırpılıb və zədələnmiş binalarda yanğın başlayıb.

Seçilən
33
publika.az

1Mənbələr