Pakistanın Azərbaycandakı səfirliyi hazırkı regional vəziyyətlə əlaqədar ölkənin Azərbaycan və Gürcüstanda yaşayan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
APA xəbər verir ki, bu barədə səfirlik öz "X" hesabında paylaşım edib.
"Hər hansı fövqəladə vəziyyətlə qarşılaşdığınız zaman səfirliklə əlaqə saxlayın", - deyə paylaşımda qeyd olunub.