AZ

“BMT və MQT-nin çağırışları İran-İsrail münaqişəsində nəticə verməyəcək” - Rüstəm Tağızadə

“BMT və MQT-nin çağırışları İran-İsrail münaqişəsində nəticə verməyəcək”.

Politoloq Rüstəm Tağızadə News365.az-a açıqlamasında bildirib ki, BMT və Müşahidəçilərin Qüvvəsi Təşkilatının (MQT) İran və İsrail arasındakı münaqişəyə dair çağırışları real nəticə verməyəcək:

“Əgər bu çağırışlar təsirli olsaydı, belə bir silahlı qarşıdurma davam etməzdi. Böyük dövlətlər – ABŞ, Çin, Rusiya – İran və İsrail arasında gərginliyin qarşısını almaq üçün addım atmalı idilər. Amma indiki şəraitdə görünür ki, heç biri bunu istəmir və buna imkan vermirlər,” – deyə politoloq vurğulayıb.

Rüstəm Tağızadə əlavə edib ki, ABŞ üçün İranın təsirinin zəiflədilməsi texniki baxımdan mümkündür, amma dünya siyasətində bəzi güclər İranın mövcudluğunu müəyyən məqsədlər üçün lazım sayırlar.

Seçilən
9
news365.az

1Mənbələr