“Art incəsənət futbol festivalı”çərçivəsində Moskvada keçirilən Dünya futbol çümpionatında Azərbaycanı təmsil edən məşhurlardan ibarət komandamız qrup liderliyindən çıxaraq, yarımfinala vəsiqə qazanıb. Komandamız sabah Macarıstan yığması ilə görüşəcək.
OLAY yazır ki, komandamızın üzvləri Əməkdar artist Səlim Abbasov, aktyor İslam Mehrəliyev, prodüser Vüqar Şəfiyev, müğənnilər Sənan Əliyev, Rəşad Altunsəs, Röyal Yaşar, Vüqar Bəxtiyar, Fərid Qaragöz, tiktokerlər Altun Mətləboğlu, Anar Orucov, peşəkar futbolçular Vüqar Nadirov, Ramal Hüseynov, Hüseyn İskəndərov, Elvin Mirzəyevdir.
Yeri gəlmişkən qeyd edək ki, məşhurlardan ibarət yığmamızın baş məşqçisi Səbail futbol klubunun məşqçisi Elşad Nəziridir.
Yığmamıza qələbə sevinci arzulayır, “Art incəsənət futbol festivalı”nın Dünya kubokunu gözləyirik.




