AZ

Azərbaycan Qış İdmanı Növləri Federasiyası FIS-in tamhüquqlu üzvü oldu

Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-ə tam üzvlüyü qəbul edilib.

Fanat.Az xəbər verir ki, bununla yanaşı, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin ölkəmizdə keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən FIS tərəfindən yarışın “Şahdağ” Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı ilin 14-15 mart tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

 

Seçilən
25
6
fanat.az

9Mənbələr